Aylıq yağıntı bir qədər çox olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi fevral ayına olan hava proqnozunu açıqlayıb.
Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, fevralda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında isə orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi yerlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir.
BakuCity.az