Bakının bu qəsəbəsində maşını əks istiqamətdə sürmək adi hal olub - VİDEO

Bakının bu qəsəbəsində maşını əks istiqamətdə sürmək adi hal olub - VİDEO

Sürücülər tıxaca düşməmək üçün əks istiqamətə çıxır

Binədə əks istiqamətə çıxan avtobus sürücüsü kameraya düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Binə qəsəbəsinin Əli İsazadə küçəsində 160 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-JK-696 qeydiyyat nişanlı marşrut avtobusu yolun sol hərəkət hissəsi ilə axına qarşı hərəkət edərək təhlükəli vəziyyət yaradıb.

Həmçinin oxu: Bakıda avtobus sürücüləri əks yola çıxdı, Vaqif Əsədov saxladı - VİDEO

Sürücü bir müddət əks istiqamətdə getdikdən sonra ayırıcı zolağın kəsiyindən sağa keçərək öz istiqamətinə qayıdıb.

Bu qəsəbədə əks istiqamətə çıxmaq adi hala çevrilib. Səhər saatlarında avtobus sürücüləri, uşağını məktəbə aparan və işə gedən şəxslərin böyük əksəriyyəti tıxaca düşməmək üçün əks istiqamətə çıxaraq yollarını qısaldırlar. Lakin həmin ərazidə Xəzər rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları xidmət aparmır. Sürücülər məsuliyyətdən kənarda qaldığı üçün rahatlıqla əks istiqmətə çıxır.

BakuCity.az

Binə avtomobil avtobus əks istiqamət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər