Bakıda beynəlxalq ekspert “Satış Məharəti 2020” adlı master-klass keçəcək

Bir gündə 2 master-klass keçiriləcək

18 fevral 2020-ci ildə Bakıda Rusiya və MDB məkanının satış üzrə tanınmış biznes-təlimçisi Yevgeniy Kolotilov “Satış Məharəti 2020” proqramı çərçivəsində bir gündə 2 master-klass keçəcək və satış sahəsində 24 illik təcrübəsini və biliklərini bölüşəcək.

BakuCity.az xəbər verir ki, "Satış Məharəti 2020" proqramının məqsədi satış prosesində iştirak edənləri ən müasir biliklər, alətlər və texnologiyalarla təmin etməkdir.

Proqram çərçivəsində bir gündə 2 master-klass keçiriləcək. İstəyə görə ya bir, ya da hər iki master-klass üçün qeydiyyatdan keçmək olar.

1. “İkiqat satış artımı” master-klassı. 09:00-13:30, 18 fevral, 2020-ci il.
2. “Satış strategiyası” master-klassı. 14:30-19:00, 18 fevral, 2020-ci il.

Proqram Azərbaycan dilinə sinxron tərcümə ilə rus dilində keçiriləcək, biznesin inkişafı üçün faydalı biliklərin və yeni işgüzar əlaqələrin uğurlu birləşməsi olacaq. Proqram xüsusilə aşağıdakı şəxslər üçün faydalı olacaq:

• Satış menecerləri, satış nümayəndələri, satış məsləhətçiləri, ön ofis əməkdaşları;
• Sahibkarlar və top-menecerlər, marketinq, biznesin inkişafı və müştəri xidməti üzrə menecerlər;
• Satış və müştəri xidməti üzrə ekspertlər, insan resursları üzrə menecerlər və mütəxəssislər.

Proqram 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Ətraflı məlumat və onlayn qeydiyyat üçün: https://master-class.az/sales2020/az, 055 946 02 70. Erkən qeydiyyat üçün 31 yanvaradək xüsusi endirimlər mövcuddur.

Maraqlanan şirkətlər həmçinin proqramın sponsoru/tərəfdaşı ola bilər və seçilmiş sponsorluq paketinin əlavə üstünlüklərindən faydalana bilərlər.

"Satış Məharəti 2020" proqramına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin satış və danışıqlar üzrə müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Yevgeniy Kolotilovun ayrıca korporativ proqramını sifariş edə bilər.

Spiker haqqında:

Yevgeniy Kolotilov (https://kolotiloff.ru/) – satış üzrə biznes-təlimçi, Rusiyada və digər ölkələrdə (Fransa, Türkiyə, Ukrayna, Belarus, Qazaxıstan və s.) şirkətlərə, əməkdaşlarına təlim keçməklə, daha çox satmağa kömək edir.

• 1-ci yer: Rusiyada satış üzrə biznes təlimçilərin reytinqində (“Congress Awards Russia – 2019” və "Satışın idarəedilməsi" jurnalı - 2015)
• 11 kitab satış və danışıqlar mövzusunda müəllif tərəfindən nəşr edilib
• 12 ölkədə təlimlər keçib
• 24 illik satış təcrübəsi

Əsas təlim istiqamətləri: b2b (business to business) satış, sərt danışıqlar (negotiations skills), yüksək qiymətlərlə satış və s.

Müştərilər sırasında Mitsubishi Electric, Сisco, HP, Google, Alfa-Bank, Oriflame, Kaspersky, Coral Travel, ABBYY, Rostelekom, Bakcell, Beynəlxalq Ticarət Mərkəzi və digər bu kimi şirkətlər var.

Təlimçi-praktik. Təlimi psixoloq, məsləhətçi və ya marketinq mütəxəssisi deyil, məhz SATICI keçir. Təlimlərdə yalnız zamanla şəxsi təcrübədə sınaqdan keçirilmiş konkret yanaşmalar və texnologiyalar öyrədilir.

BakuCity.az

Bakı beynəlxalq ekspert master-klass
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Şənbə və bazar günləri icazəsi olanlar işə velosipedlə gedə bilərlər. “Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”. BakuCity.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Xəzər aktual”da danışıb. K.Əliyev, bu qərarın səb...
Hadisələr
Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas edib. Səhər saatlarında Binəqədi rayonunda xroniki xəstəliyi olan şəxs polisin köməyi ilə xəstəxanaya çatdırılaraq, həyatı xilas edilib.  BakuCity.az xəbər verir ki, bu gün səhər saatlarında Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyat yoldaşının vəziyyətinin qəfil pisləşdiyini görən kişi ərazidə xidmət aparan Binəqədi polisinə müraciət edərək, kömək istəyib.  Çağırışa dərh...
Ekologiya
7 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 18-21, gündüz  25-29, Bakıda  gecə 19-21, gündüz  27-29 dərəcə isti olacaq.  Atmosfer  təzyiqi 764 mm c...
Ekologiya
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Bu barədə BakuCity.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.  Dezinfeksiya işləri səhər saatlarından başlayacaq.  BakuCity.az
Kriminal
Bakıda bıçaqlanma hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Naməlum şəxs 1983-cü il təvəllüdlü Mustafayev Fərid Fərhad oğlunu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.  Ona döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
İdman
"Həftəsonu qadağaların olması çempionata təsir edəcək" "Məşqlərin bərpa olunması bizi sevindirir. Hamı ilk futbola başladığı gün kimi sevinclə çalışır. Komanda üzvləri çox həvəslidir".  BakuCity.az xəbər verir ki, bunları "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib.  27 yaşlı hücumçu məşqlərdə tələb olunan bütün qaydalara əməl ediklərini bildirib. A.Ramazanov Bakıda həftəsonu tətbiq olunan qadağaya da münasibət bildirib: "Bu, bizim...
Cəmiyyət
Şənbə və bazar günləri evdən çıxmaq istəyənlər 102 xidmətinə zəng edə bilərlər.  Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib. BakuCity.az xəbər verir ki, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyə...
Biznes
Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək. Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək. BakuCity.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi nyayıb. Məlumata görə, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq. Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.  Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı...
Hadisələr
Bakıda yük avtomobili yanıb. Hadisə dünən axşam saatlarında, paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. BakuCity.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, "МАZ" markalı yük avtomobilinin kabinə hissəsi və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. BakuCity.az