Çindən Azərbaycana gələn tələbələr karantinə alındı

Çindən Azərbaycana gələn tələbələr karantinə alındı

Karantin bitəndən sonra evə buraxılacaqlar

Koronavirusun ilk aşkar olunduğu Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin BakuCity.az-a daxil olan birgə məlumatında deyilir.

Həmçinin oxu: Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi?

Qeyd olunub ki, yanvarın 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.

BakuCity.az

Çin tələbələr karantin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər