Bakıda yol polisinə bıçaqla hücum edildi - VİDEO

Bakıda yol polisinə bıçaqla hücum edildi - VİDEO

Polis çevik tərpənib

Bakıda yol polisinə hücum olub.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən BakuCity.az-a verilən məlumata görə, yanvarın 31-i saat 10 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə Yol Patrul Xidməti inspektorları tərəfindən saxlanılan “Renault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib.

Lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

BakuCity.az

Bakı yol polisi hücum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər