BDU-nun tələbəsi virus təhlükəsi ilə xəstəxanaya aparılıb

BDU-nun tələbəsi virus təhlükəsi ilə xəstəxanaya aparılıb

Nümunələr laboratoriyaya göndərilib

Koronavirus xəstəliyi şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən Bakı Dövlət Universitetinin çinli tələbəsi evə buraxılıb.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, həkimlərin nəzarətindən keçən tələbədə hər hansı virusa yoluxma halı aşkar edilməyib.

Həmçinin oxu: Çindən Azərbaycana gələn tələbələr karantinə alındı

Rusiyanın Krasnoyarsk vilayətindən Azərbaycana gələn şəxs isə 1 saylı Kliniki Tibbi Mərkəzə öskürək və asqırması ilə əlaqədar müraciət edib.

Həmin xəstədən də nümunələr götürülərək laboratoriyaya göndərilib. Yaxın vaxtlarda nəticələr məlum olduqdan sonra evə buraxılacaq.

BakuCity.az

BDU tələbə virus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər