Zibillikdən topladığını təcili yardım maşınına daşıyır
Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsünün həkimi gözləyərkən zibil qutularını eşələməsi ilə bağlı görüntülər yayılıb.
BakuCity.az Baku TV-yə istinadən məlumat verir ki, sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını axtarır, zibildən götürür.
Sürücü zibillikdən topladığını təcili tibbi yardım maşınına gətirir. Beləliklə, xəstələrin daşındığı təcili yardım maşını virus yuvasına çevrilir. Açıq yara ilə və ya immuniteti aşağı olan xəstələrin bu cür antisanitar vəziyyətdə bir məntəqədən xəstəxanaya aparılması çox təhlükəlidir.
Videoda sürücünün üzünü bağlamaqda məqsəd odur ki, rəsmi qurumlar çıxış yolu kimi ən yaxşı halda sürücünü işdən kənarlaşdırmasın.