Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanılıb - VİDEO

Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanılıb - VİDEO

Piyada təhlükəziliyi ilə bağlı mühüm yenilik

Bakı şəhərində piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb. Bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq.

Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İlk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilən yenilik gələcəkdə digər yollarda, xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.

BakuCity.az

Bakı piyada keçidləri işıqlandırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər