16 il İdarənin rəisi vəzifəsində işləyib
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, o, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.
Həmçinin oxu: Bakı yol polisində daha bir yüksək vəzifəli məmur işdən çıxarıldı
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti faktı təsdiqləyib:
"Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".
Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.
BakuCity.az