Çin mallarının mövsümü deyil
Çin Xalq Respublikasından Bakının "Sədərək" Ticarət Mərkəzinə malların gətirilməsi dayanıb.
BakuCity.az xəbər verir ki, bu barədə "Sədərək" Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov Trend-ə deyib.
Onun sözlərinə görə, hazırda Çindən adıçəkilən mərkəzə mal gətirilmir:
"Ümumilikdə hazırda Çin mallarının mövsümü deyil. Əsas mövsüm mart-aprel aylarından başlanır. Daha sonra isə avqust-sentyabr aylarından dekabr ayına qədər bazara Çin malları gəlir. Yanvar ayı Çində bayram olduğu üçün bazara mal gətirilmir".
Həmçinin oxu: Çindən Azərbaycana gələn tələbələr karantinə alındı
Mərkəz rəsmisi deyib ki, hazırda bazarda tək-tək Çin malları satılır. Həmin mallar da noyabr-dekabr aylarından qalan və ya həmin aylarda Çindən göndərilən, lakin yolda gecikən mallardır:
"Hazırda bizim bazara Çindən heç bir mal gəlmir. Dekabr ayından sonra bazara Çindən mal gətirilməsi dayanıb".
M.Qədimov deyir ki, bu ərəfələrdə bazarda alver də zəif olur.
BakuCity.az