Sərnişinlərə xüsusi forma geyindirilib
Azərbaycan vətəndaşları Çinin koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən təxliyə edilib.
BakuCity.az “Report”a istinadən məlumat verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.
Sərnişinlər şəhərin aeroportunda müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.
Həmçinin oxu: Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi?
Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Hava gəmisi bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.
Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz vətəndaşları ilə bərabər Uhan şəhərindəki Azərbaycan vətəndaşlarını da təxliyə edəcəklərini açıqlamışdı.