Bakıda əcnəbi vətəndaş küçədə ölüb

Bakıda əcnəbi vətəndaş küçədə ölüb

Marketdə alış-veriş edirmiş

Bakıda əcnəbi vətəndaş küçədə ölüb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsinə baş verib. Savalan yaşayış massivində yaşayan, əslən azərbaycanlı olan Türkmənistan vətəndaşı Əliyev Maarif Kərim oğlu yanvarın 31-i saat 17 radələrində "Savalan" yaşayış massivində yerləşən "Oba" marketdə alış-veriş edərkən ürək tutmasından ölüb.

Hadisə marketin müşahidə kameraları tərəfindən qeydiyyata alınıb.

Faktla bağlı hadisə yerinə, meyitə baxış keçirilib, meyit müayinə olunmaq üçün MTE və PA ETT Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

BakuCity.az

Bakı əcnəbi vətəndaş ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər