Aksiz dərəcəsi artırılıb
Bu gündən siqaretlərin baha satıldığı müşahidə olunur.
BakuCity.az xəbər verir ki, bir sıra marketlərdə siqaretlərin qiyməti fərqlidir.
Belə ki, qiyməti 2.50 manata olan siqaretlər 20 qəpik, 2.50 manatdan yuxarı olan siqaretlər isə 30 qəpik baha satılır.
Bəzi yerlərdə isə siqaretlər hələ də köhnə qiymətlə satılır.
Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, bu ildən ölkədə istehsal olunan spirtli içkilər, tütün məmulatları, eləcə də enerji içkilərinə aksiz vergisi dərəcəsi artırılıb.