Sərnişinləri narahat etməmək üçün işlər gecə görülüb
Bakı Nəqliyyat Agentliyi (BNA) kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlərə başlayıb.
Agentlikdən BakuCity.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb.
Həmçinin oxu: Azərbaycan vətəndaşlarının Çindən təxliyəsi başa çatdı - FOTO
Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib.
Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb.