Araşdırma başladı
Ötən gün Bakıda təcili tibbi yardım maşınının sürücüsünün zibili qutularını eşələməsi ilə bağlı görüntü yayılıb.
BakuCity.az-ın məlumatına görə, TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.az-a bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Görüntülərdə təcili tibbi yardım avtomobilinin nömrəsi qeyd edilməyib. Hazırda bu məsələ ilə bağlı araşdırma aparılır”.
Qeyd edək ki, sürücü bütün gigiyenik və sanitar normaları unudaraq yaxınlıqdakı zibil qutularını eşələyib. O, zibillikdən topladıqlarını təcili tibbi yardım maşınına gətirib.