2296 xəstənin vəziyyəti ağırdır
Çin Səhiyyə Nazirliyi ölkədə koronavirus qurbanlarının sayının artaraq 361 nəfərə çatdığını elan edib.
BakuCity.az-ın məlumatına görə, həmçinin qeyd edilir ki, hazırda Çində 17 205 nəfər bu qorxunc virusun daşıyıcısıdır.
Ölkədə 21 558 xəstəliyə yoluxma halının qeydə alındığı, 2296 xəstənin vəziyyətinin ağır olduğu, 475 nəfərin isə sağaldığı bildirilir.
Həmçinin oxu: Azərbaycanda koronavirus təhlükəsi: Təşvişə düşməyə dəyərmi?
Həmçinin ölkə yeni pnevmaniyaya yoluxanların da sayının artdığı deyilir.
Başqa ölkələrə gəlincə, koronavirusa yoluxanların sayı 148 nəfərə çatıb. İlk ölüm hadisəsi Filippində qeydə alınıb.
BakuCity.az