Gecə ilə gündüz bərabərləşəcək
Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb.
BakuCity.az-ın məlumatına görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya bildirilib ki, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək.
Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si isə Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.
BakuCity.az