Bakıda karantində saxlanılan çinli tələbənin atası koronavirusdan ölüb

Bakıda karantində saxlanılan çinli tələbənin atası koronavirusdan ölüb

Çinli tələbə karantindədir

Bakıda koronavirusa yoluxma şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə müraciət edən 3 nəfərin adı məlum olub.

BakuCity.az Trend-ə istinadən məlumat verir ki, həmin şəxslər 1997-ci il təvəllüdlü Abdul Etibar oğlu Atiba, Rusiya vətəndaşı, 1969-cu il təvəllüdlü Elman Həbib oğlu Mamiyev və Çin vətəndaşı, 1996-cı il təvəllüdlü Zhenghai Liu Youshadır.

Həmçinin oxu: Çində 17 mindən çox insan koronavirus daşıyıcısıdır: ölənlərin sayı 360-ı keçdi

Azərbaycan vətəndaşı A.Atiba Çində ali təhsil alır, yanvar ayında sessiya tətili ilə əlaqədar Bakıya gəlib. E.Mamiyev isə Rusiyanın Krasnoyarsk vilayətində yaşayır və Azərbaycana qonaq gəlib.

Çin vətəndaşı Z.L.Yousha isə Bakı Dövlət Universitetinin Tarix fakültəsində amerikasünaslıq ixtisası üzrə 3-cü kurs tələbəsidir.

Müraciət edənlərdən analizlər götürülsə də, onlardan heç birində koronavirus əlamətləri aşkar edilməyib. A.Atiba və E.Mamiyev müayinə olunduqdan sonra evə buraxılsa da, Z.L.Yousha yanvarın 27-də xəstəxanaya qəbul edilib. Tələbənin atası Çində həmin virusdan dünyasını dəyişdiyi üçün hazırda o, karantində saxlanılır.

Səhiyyə Nazirliyindən isə BakuCity.az-a bildirilib ki, hazırda Kliniki Tibbi Mərləzin Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib:

"1996-cı il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində Çində olub. Analizlərinin cavabı mənfidir, yəni hər hansı virus aşkarlanmayıb. Heç bir şikayəti yoxdur. Fevral ayının 4-ü evə buraxılacaq.

1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı isə Çində təhsil alır. Bakıya yanvarın 28-i gəlib. Heç bir şikayəti yoxdur, buna baxmayaraq inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin də vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar da evlərinə buraxılacaqlar".

BakuCity.az

Bakı çinli tələbə koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər