Bakıda gecə klubunda əməliyyat: saxlanılanlar var

Bakıda gecə klubunda əməliyyat: saxlanılanlar var

Cinayət işi açılıb

Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.

BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ.Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb.

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayevə narkotik maddəni satan R.Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb.

Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib.

Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

BakuCity.az

Bakı gecə klubu əməliyyat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər