3 saat şəhərin küçələrində qaçıb
Bakıda kəsim üçün saxlanılan inək ipi qıraraq qaçıb.
BakuCity.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında “Əhmədli” metro stansiyasının yaxınlığında baş verib. Dana bağlandığı yerdən qaçaraq bir qadına hücum edib, nəticədə orta yaşlı qadın xəsarət alıb.
Həmçinin oxu: Polis Bakıda insanlara hücum edən dananı güllələdi - VİDEO
Dananın tutulması üçün polisə müraciət olunub.
Heyvan 3 saat ərzində şəhərin müxtəlif yerlərində qaçaraq insanların həyatı üçün təhlükə yaradıb. Sonda polis əməkdaşları dananı tuta biliblər.