“BakuBus”ın direktoru vəzifəsindən azad edildi

“BakuBus”ın direktoru vəzifəsindən azad edildi

Şirkətin nizamnamə kapitalı 30 milyon manatdır

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Nəcəf Məlikov vəzifəsindən azad edilib.

BakuCity.az “Report”a istinadən xəbər verir ki, şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

BakuCity.az

BakuBus direktor kadr dəyişikliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər