Avtoxuliqanlar saxlanıldı, vəsiqələri əllərindən alındı - VİDEO

Avtoxuliqanlar saxlanıldı, vəsiqələri əllərindən alındı - VİDEO

Polis avtoxuliqanlıq edənlərin görüntülərini yayıb

Fevralın 2-si axşam saatlarında metronun "Əhmədli" stansiyası yaxınlığında avtoxuliqanlıq hərəkəti qeydə alınıb.

BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, videoda bir sürücünün Sarayevo küçəsində təhlükəli manevrlər etdiyi görünür.

Sürücü bir neçə dövrə vuraraq digər avtomobillərin hərəkətinə təhlükə yaradıb.

Hadisə şahidinin verdiyi məlumata görə, həmin küçədə təkcə görüntüdə yer alan avtomobil deyil, bir neçə avtomobilin iştirakı ilə avtoxuliqanlıq hərəkəti 1 saata yaxın davam edib.

Bundan başqa, Gəncə şəhərində avtoxuliqanlıq edən şəxslər saxlanılıb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Arif Tağıyev, Asif Tağıyev və Toğrul Əliyevin müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

“Chevrolet” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşları tərəfində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmə saxlanılan şəxslərin hər birinə 15 sutka həbs cəzası verib, onlar 1 il sürücülük hüququndan mərhum ediliblər.

Xatırladaq ki, yanvarın 30-da Gəncədə daha 4 avtoxuliqan saxlanılıb.

BakuCity.az

avtoxuliqanlar sürücülük hüququndan məhrum etmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər