Səhər saatlarında ölüb
Bakıda Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müalicə alan daha bir xəstə dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BakuCity.az-a verilən məlumata görə, Şəki rayon sakini olan 1977-ci il təvəllüdlü xəstə yavarın 30-da ağciyərlərin infiltrativ vərəmi (dağılma mərhələsi), kəskin ağciyər-ürək çatışmazlığı ilə təcili yardımla prekomatoz vəziyyətində instituta qəbul olunub.
Həmçinin oxu: Bakıda Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə öldü
Müalicələrə baxmayaraq xəstə fevralın 3-ü saat 07:30-da dünyasını dəyişib.
Xatırladaq ki, fevralın 2-də adıçəkilən müalicə müəssisəsində 1983-cü il təvəllüdlü Quvba rayon sakini də xəstəlikdən dünyasını dəyişib.
BakuCity.az