Rəqs üzrə açıq Bakı çempionatına sayılı günlər qaldı

Rəqs üzrə açıq Bakı çempionatına sayılı günlər qaldı

Müsabiqədə iştirak 6 yaşdan başlayır

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının, eləcə də Jam Group-un təşkilatçılığı ilə fevralın 9-u saat 10:00-da Azərbaycan Dövlət Teatr Xadimlərinin Mədəniyyət Evində rəqs üzrə açıq statuslu Bakı çempionatı keçiriləcək.

Azərbaycan Gənclər İttifaqının İdarə Heyətinin üzvü Əziz Əzizov BakuCity.az-a açıqlamasında deyib ki, yarışma yaş kateqoriyasına görə keçirilir.

“Kiçik yaş qrupu - 6 yaşa kimi, uşaq – 7-10 yaşa kimi, yeniyetmələr – 11-15 yaşa kimi, böyüklər isə 16 yaş və yuxarı.

Yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriental, hind və solo rəqslər nümayiş olunacaq.

Yarışın keçirilməsində əsas məqsəd ictimai və akademik rəqs növlərində çalışan istedadlı kollektivlərin müəyyən edilməsi, habelə müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, yeniyetmə və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir. Bununla yanaşı, həmin rəqqaslar gələcəkdə Azərbaycanı dünya və Avropa çempionatlarında təqdim edib ölkəmizin adını zirvələrə qaldıra bilərlər”, – deyə Ə.Əzizov bildirib.

Münsiflər heyəti tərəfindən çıxışlar texnika, kompozisiya, imic, şou kriteriyaları baxımından qiymətləndiriləcək.

Qeydiyyat üçün əlaqə vasitələri:
[email protected]
+99412 4971236
+994502502293
+994557079002

müsabiqənin informasiya tərəfdaşı BakuCity.az saytıdır. 

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı rəqs müsabiqəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər