Bakıda kulinarlar bir yerə toplaşır

Bakıda kulinarlar bir yerə toplaşır

Azərbaycan kulinarları konqresə toplaşır

Fevralın 4-də Bakıda Azərbaycanın Kulinarlarının Konqresi keçiriləcək.

BakuCity.az xəbər verir ki, bu genişmiqyaslı tədbirin təşkilatçıları "Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyidir.

Assosiasiya nümayəndələrinin sözlərinə görə, 300 iştirakçının qatılacağı gözlənilən konqres çərçivəsində müxtəlif təqdimatlar və mütəxəssislərin çıxışları keçiriləcək.

Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan” sərgisi çərçivəsində keçiriləcək “Qızıl Şah” çempionatını xüsusilə qeyd etmək lazımdır.

Konqresin qonaqları, həmçinin Assosiasiyanın 2019-cu il üçün görülən işlərin hesabatı, Assosiasiyada korporativ iştirakın təqdimatı və 2020-ci il üçün təşkilatçılıq planları ilə tanış ola bilərlər.

Azərbaycanın iki kulinariya assosiasiyasından biri "Azərbaycanın Kulinariya Mütəxəssisləri Assosiasiyası" İctimai Birliyidir. Aşpazların təşəbbüs qrupu əsasında yaradılan və rəsmi qeydiyyata alınan Assosiasiya 2019-cu ildə aktiv işlərə başlayıb. Assosiasiya ilk dəfə Azərbaycanda daxili aşpazlar çempionatını keçirib, Chefs.az onlayn portalını istifadəyə verib.

Assosiasiyanın üzvləri müxtəlif beynəlxalq yarış və tədbirlərdə fəal iştirak edirlər. 2019-cu ildə Assosiasiya BƏƏ, Rusiya, Ukrayna, İtaliya, Fransa, Monteneqro, Şimali Makedoniya, Gürcüstan, Almaniya və digər ölkələrdə keçirilən tədbirlərə qatılaraq milli qastronomiyanı təqdim edib.

Assosiasiyanın fəaliyyəti haqqında daha ətraflı: https://chefs.az/

BakuCity.az

Bakı kulinarlar konqres
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər