Bakıda 3 nəfər məktəblini döyüb öldürdü - TƏFƏRRÜAT + VİDEO

Bakıda 3 nəfər məktəblini döyüb öldürdü - TƏFƏRRÜAT + VİDEO

Ciyərləri zədələnib

Bakıdakı 123 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin ölümü ilə bağlı təfərrüat məlum olub.

BakuCity.az xəbər verir ki, hadisə ötən il baş verib.

Məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu sinif yoldaşı ilə dava edərkən ciyərləri zədələnib.

Həmçinin oxu: Bakıda şagird sevgilisi ilə vidalaşıb özünü öldürdü - FOTO

Şagirdin atası Amil Xəlilin təqdimatında Space TV-də yayımlanan "Gəl, dərdini danış" verilişində ilkin olaraq oğlunun döyülməsinin məktəb direktoru tərəfindən gizlədildiyini bildirib. O deyib  ki, oğlu məktəb şagirdi tərəfindən vurulub zədələndiyi halda, onun yalandan futbol oyunu zamanı yıxıldığını bildiriblər. İ.Lətifov 23 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

O da məlum olub ki, orta məktəb şagirdi 3 nəfər tərəfindən döyülüb.

BakuCity.az

Bakı şagird döyülmə ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər