Orden P.Bülbüloğluna Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə verilib
Polad Bülbüloğluna "Heydər Əliyev ordeni təqdim olunub.
BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir ki, fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq artisti Polad Bülbüloğluna “Heydər Əliyev” ordenini təqdim edib.
Orden P.Bülbüloğluna Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə verilib.