Təyyarə 2 saata Bakıya çatacaq
Rostovdan Bakıya birbaşa reys açılır.
BakuCity.az xəbər verir ki, Rusiyanın “Azimut” aviaşirkəti Rostov-na-Donu şəhərindən Bakıya reyslərin icrasına başlayır.
Rostova uçuşlar martın 30-dan həftədə iki dəfə (bazar ertəsi və cümə günləri) həyata keçiriləcək. Təyyarə Rostovdan saat 08:00-da havaya qalxacaq, 10:05-də Bakıya eniş edəcək. Əks istiqamətdə isə Bakıdan 11:05-də yola düşəcək, 13:20-də Rostova çatacaq.
Biletlərin qiyməti Rostovdan Bakıya 65 manat (baqajsız), əks istiqamətdə isə 110 manat təşkil edir.
BakuCity.az