Azərbaycanda mini-hotellər yaradıla bilər

Azərbaycanda mini-hotellər yaradıla bilər

Nazir hədəfləri açıqladı

Azərbaycanda kiçik mehmanxanalar yaradıla bilər.

BakuCity.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Nazir qeyd edib ki, kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradan amillərdən biri də turizm axınıdır:

“Turizm gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması və mövcud potensialdan səmərəli istifadə edilməsi üçün kiçik mehmanxanalar sisteminin yaradılması, regionlarda ekoturizm potensialının maksimum reallaşdırılması, xidmətin keyfiyyətinin yüksəldilməsi və hava nəqliyyatının daha da inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”.

BakuCity.az

Mikayıl Cabbarov turizm hotel
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər