Azərbaycanlı sürücü Avstriyada “bozqurd” işarəsinə görə işdən çıxarıldı - VİDEO

Azərbaycanlı sürücü Avstriyada “bozqurd” işarəsinə görə işdən çıxarıldı - VİDEO

Səbəb kimi həmin işarənin "radikal milliyətçiliyi simvolizə etməsi" göstərilib

Avstriyada “bozqurd” işarəsi tutaraq “Facebook”da canlı yayım edən avtobus sürücüləri işdən çıxarılıb.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu “Vyana şəhər xətləri” nəqliyyat şirkətinin sözçüsü Kristof Heşmatpor jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şirkətin avtobus parkında qeydə alınan görüntülərdə 4 sürücünün “Facebook”da canlı yayım etdiyi əsnada “bozqurd” işarəsi tutmasından sonra həmin şəxslər barədə araşdırma aparılıb və onların işinə son verilib. K.Heşmatpor “bozqurd” işarəsi tutmayan, ancaq videoda görüntülənən sürücülər barəsində də müvafiq araşdırmanın aparılacağını söyləyib.

Məlumata görə, işdən çıxarılanlardan biri Azərbaycan vətəndaşıdır. “Vyana şəhər xətləri” şirkətinin mətbuat xidmətinin əməkdaşı Katrin Liner şəxslər barədə məlumatların qorunması səbəbindən bu barədə informasiya verə bilməyəcəklərini bildirib.

Məlumat üçün qeyd edək ki, Avstriyada keçən ilin mart ayında aralarında “bozqurd” işarəsinin də olduğu bəzi simvollar qadağan edilib. Səbəb kimi isə həmin işarələrin "radikal milliyətçiliyi və faşizmi simvolizə etməsi" göstərilib. Qanuna riayət etməyən şəxsləri 4 min avro cərimə və bir ay həbs cəzası gözləyir.

BakuCity.az

Azərbaycanlı sürücü Avstriya “bozqurd” işarəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər