Bakıda güclü zəlzələ olsa, bu binalar tamamilə dağılacaq - XƏBƏRDARLIQ

Bakıda güclü zəlzələ olsa, bu binalar tamamilə dağılacaq - XƏBƏRDARLIQ

"Tikinti şirkətlərinə, məsul şəxslərə Bakıda vəziyyətin necə olduğunu başa sala bilmirəm"

"Bəzən eyni ərazidə binalar eyni layihə ilə tikilsə də, zəlzələ olanda müxtəlif dərəcəli dağıntılara məruz qalır".

BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

O, tikinti şirkətlərinə, məsul şəxslərə Abşeron yarımadasında, Bakıda vəziyyətin necə olduğunu başa sala bilmədiyini qeyd edib:

"Təcrübə onu göstərir ki, bu cür mürəkkəb geoloji quruluşu olan ərazilərdə hər bir bina üçün tikinti işlərindən əvvəl hər bir binaaltı ərazinin seysmik ballıq qiyməti dəqiqləşdirilməlidir. Çünki standart yanaşma olanda zəlzələ zamanı hansısa bina dağılır".

Q.Yetirmişli vurğulayıb ki, Türkiyədə sonuncu zəlzələ zamanı da belə hal baş verib. Ərazidə eyni layihə əsasında tikilən bir neçə bina olsa da, onlardan yalnız biri tamamilə dağıldı:

"Bakıda da elə bina var ki, onun iki qanadı 8, bir qanadı 9 ballıq ərazidədir. Belə güclü zəlzələ olarsa, 9 ballıq zəlzələ olan ərazidə tikilən bina tam dağılacaq. Zəlzələ təhlükəsi həmişə ola bilər. Buna görə də binalar zəlzələyə davamlı tikilməlidir”.

BakuCity.az

Bakı güclü zəlzələ Qurban Yetirmişli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər