Bakını binaları ilə gözəlləşdirən milyonçu: "Vurduğu mıxı çıxartmağa hər adamın gücü çatmaz”

Ağa Musa Nağıyev memar İosif Ploşkonun işini yüksək qiymətləndirib

BakuCity.az “Bakı milyonçuları” rubrikası çərçivəsində Azərbaycanın məşhur milyonçusu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin paytaxtda tikdirdiyi çoxsaylı binalardan bəhs edir.

Milyonçunun nəvəsi, yazıçı-jurnalist, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva-Muxtarova ilə növbəti söhbət

Dilarə Nağıyevanın fikrincə, o vaxtlar neftin fontan vurması ilə neftxuda kimi tarixə düşənlərin sayı 11 nəfər olub. Onların arasında həm də bina tikintisinə sərmayə qoyan Ağa Musa Nağıyev Bakını 98 bina ilə gözəlləşdirib.

Dilarə xanım babasının Bakıda tikdirdiyi 98 binadan artıq 76-nı siyahıya aldığını qeyd edib:

"Babamın tikdirdiyi 98 binanın hamısı paytaxtda yerləşir. Onlardan 76-nı siyahıya almışam. Binaların 36-sı – AMEA, İqtisad Universiteti (UNEC), Məhkəmə Ekspertizası Mərkəzi, Ağır Cinayətlər Məhkəməsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Əfəndiyev adına Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (keçmiş OMD xəstəxanası), keçmiş Musa Nağıyev xəstəxanası (indiki 1 saylı Şəhər Klinik xəstəxanası), Sabunçu poliklinikası, ÜNS teatrı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zabitlər Evi, Səhiyyə Nazirliyinin keçmiş binası və digər müəssisələrin yerləşdiyi inzibati binalardır. Bunlardan başqa, Gül pasajı, 28 May küçəsindəki qoşa imarətlər və vağzaladək bütün binalar, Nizami küçəsindəki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binaları, Azərbaycan prospektində yerləşən köhnə Mərkəzi Poçtun binası, Səməd Vurğun küçəsində qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları və Bakının digər gözəl və əzəmətli binaları Musa Nağıyevin pulu ilə tikilib.

Özü isə Rəsul Rza və Nigar Rəfibəyli küçələrinin kəsişməsində “Gül pasajı” deyilən binada, həmçinin Bəşir Səfəroglu, 173-lə Səməd Vurğun küçəsinin kəsişdiyi tində tikdirdiyi binada yaşayıb. S.Vurğun küçəsində isə yaşamadığı evləri çox olub.

Babamın sifarişi ilə 1913-cü ildə Qorçakovski, indiki H.Z.Tağıyev, 13 ünvanında memar İosif Ploşko tərəfindən “Yeni Avropa” mehmanxanası inşa edilib. Bina 4 ədəd lift, sanitar-texniki avadanlıqlar, buxar qızdırıcıları, qapalı elektrik naqilləri ilə təchiz olunub. Binanın daşıyıcı konstruksiyası qismində dəmir betondan – dayaqlar və örtüklərdən istifadə olunub. Bu binada hazırda məşhur şirkətlərdən biri fəaliyyət göstərir.

Həmçinin oxu: Musa Nağıyevın nəvəsi: Xarici banklardakı yatırımlarını əldə edib qalan iki binanı tikdirmək istəyirəm - MÜSAHİBƏ

Ağa Musa Nağıyev memar İ.Ploşkonun işini yüksək qiymətləndirərək binalarının əksəriyyətinin inşasını ona tapşırıb. Bu baxımdan Nağıyevə məxsus, müəllifi İ.Ploşkonun olan zəngin memarlıq nümunəsi sayılan binaların siyahısına bunlar daxildir:

1. “İsmailiyyə” (1908-1913) - Nikolayevski küç. (indiki İstiqlaliyyət küç., 10);
2. 4 mərtəbəli mədaxil evləri – Əkiz binalar (1908-1910), Telefonnaya (indiki 28 May küç., 4-6);
3. 4 mərtəbəli yaşayış binası (1908-1910) - Torqovaya (indiki Nizami küç., 91);
4. 3 mərtəbəli yaşayış binaları (1909-1910) - Mariinski küç., (indiki Rəsul Rza küç., 4-6);
5. “Yeni Avropa” mexmanxanası (1910-1913) - Qorçakovski küçəsi (indiki H.Z.Tağıyev küç., 13);
6. Mədaxil evi (1913) - Krasnovodski və Malakanski küçələrinin kəsişdiyi tində;
7. 4 mərtəbəli mədaxil evi (1912) - Malakanski küç., 47”.

D.Nağıyeva deyir ki, Telefonnaya, 4, 6 və 10, həmçinin Torqovaya, 91 ünvanlarındakı tikililər ümumilikdə bir yaşayış kompleksidir:

“Telefonnaya, 4 və 6 ünvandakı binalar assimetrik şəkildə yerləşib, perpendikulyar dalanlarla biri digərindən ayrılır. Gəlir gətirən (kirayə verilən) bu binalar daxili planlaşdırmalarına görə tam oxşardır. Məişət qrupundan başqa, iki cərgə üzrə yerləşdirilmiş mənzillər qonşu mülklərə birləşir. Giriş qapısının pilləkənləri yuxarıda asılmış fənərlərlə işıqlandırılırdı. Memarlığın diqqət obyekti olan digər 3-4 mərtəbəli binalar da öz həllini bu cür tapır. Varlı kirayəçi sahibkarlar üçün nəzərdə tutulmuş belə binaların mənzilləri geniş dəhlizlərlə təchiz olunub. Torqovaya, 91 ünvanındakı binanın fasadı dalana tərəf yönəldilib”.

Milyonçunun nəvəsinin verdiyi məlumata görə, sözügedən hər üç bina yalnız şəhər miqyasında planlaşdırma baxımından deyil, həm də üslub incəliklərinə görə bir-birinə çox yaxındır:

“Ehtimal  olunur ki, sahibkarın Vağzal rayonunda bütöv bir məhəllənin salınması haqqında 1900-cü ildə Peterburqun “Zodçiy” (Memar) jurnalında dərc etdirdiyi elan həyata keçməyib, amma ideya İ.Ploşko tərəfindən bəyənildiyindən babama bu variantını təklif edib: dəmiryol vağzalının açılışından sonra şəhərin tarixi mərkəzi küçələri bu istiqamətdə daha da inkişaf etdirilib. Küçənin adı da Ağa Musanın yol boyu qoydurduğu telefon dirəklərindən – yarımstansiyadan götürülərək Telefonnaya adlandırılıb. Babam üçün buradakı boş sahələrdə genişmiqyaslı tikinti işlərinə başlamağa imkan yaranıb. Onun mülklərində bir sıra aparıcı şirkətlərin kontorları da yerləşirdi:

1. Üzeyir Hacıbəyov küçəsində - Neft-mədən kontoru-Birja;
2. Qara şəhərdə - Neft zavodları (Neftayırma zavodu) kontoru;
3. Bolşaya Morskaya (Bülbül pr). - Gəmiçilik kontoru;
4. Ramanada - Neft və boru kəməri stansiyaları;
5. Balaxanı və Vorontsov – indiki Füzuli və Xəlil Rza küçələrinin kəsişdiyi yerdəki mülkündə Mexaniki emalatxana kontoru yerləşib.

“Ağa Musanın vurduğu mıxı çıxartmağa hər adamın gücü çatmaz”

Həmsöhbətimiz deyir ki, o vaxtlar “Ağa Musanın vurduğu mıxı çıxartmaq hər adamın gücü çatan iş deyil” deyə el arasında bir deyim də var idi:

“Babamın Bibiheybətdə qazdırdığı quyular güclü fontan vurur. Bu fontan Bibiheybətdəki zəngin neft təbəqələrinin körfəz suları altına da uzandığını sübut edirdi. Bələdiyyə idarəsi bu səbəbdən su altındakı neftli torpaqları hərraca qoyduqca milyonçular da qiymətləri artırırdı. Misal üçün, neftin pudu 20 qəpik olduğu halda 1.000.000 pud neft üçün xəzinəyə ildə 300.000 manat verəcəkləri barədə əvvəlcədən zəmanət də imzalayırdılar. Onların hər biri sərvət xərclərini birə min artıracaqlarına inanır və çalışırdılar ki, qonşuluqda başqa sahibkar olmasın. Mədən sahibləri quyuları qonşu quyuların sərhədində qazdırmaq üçün buruq ustalarına rüşvət verib yaxındakı qazma işlərini gecikdirirdilər. Onlar hətta pul gücünə quyuların hansı balta ilə qazıldığını, gil məhlulunun xüsusiyyətlərini, neftin neçə metr dərinlikdə olduğunu, bir sözlə, qazmanın bütün texnologiyasını öyrənirdilər”. 

D.Nağıyeva onu da bildirib ki, Ağa Musa Nağıyevin və digər mesenatların əməyi və milyonları sayəsində Azərbaycanda bütöv bir ziyalı nəsli yetişdi:

“1908-ci ildə Ağa Musa Nağıyev 12.328.300 pud xam neft hasil etməklə rekord səviyyəyə çatmışdı. Beş il ərzində, yəni 1913-cü ildə onun müəssisələri artıq ən iri Azərbaycan şirkətlərinin ilk onluğuna daxil idi, sonradan müxtəlif illərdə 6-7-ci yerləri tutub”. 

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı milyonçu Ağa Musa Nağıyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Biznes
İş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstək məqsədilə hansı addımlar atılacaq? Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirlə...
Cəmiyyət
Bakı Ali Neft Məktəbinin tələbələri “Khan Academy Azərbaycanca” tərəfindən Azərbaycanda ilk dəfə olaraq onlayn keçirilən “Quarantine" adlı tərcümə “Hackathon”unda qalib olub. BANM-dən BakuCity.az-a verilən məlumata görə, Ali Məktəbin Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasının IV kurs tələbələri Səkinə Nağızadə, Abdulla Əsgərzadə və Aysu Həmidlinin iştirak etdiyi “My bed panic” komandası yarışmada II yerə layiq görülüblər. “Hackathon” çərçivəs...
Cəmiyyət
Bankomatların sosial ödənişlərə görə əlavə faiz tutması dayandırılıb Azərbaycanda xüsusi karantin rejimi müddətində pensiya, müavinət, təqaüd, kompensasiya, ünvanlı yardım kimi sosial ödənişləri istənilən bankın, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt" MMC-nin istənilən bankomat və yaxud posterminallarından əldə edən zaman hər hansı əlavə faiz tutulmayacaq. BakuCity.az xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Mü...
Cəmiyyət
Yaşlı insanlar evdən çıxmadan pensiyalarını ala biləcəklər Xüsusi karantin rejimi müddətində müavinət, təqaüd və kompensasiya ödənişləri ayın 20-si və 21-i tarixlərində, ünvanlı dövlət sosial yardım ödənişi isə ayın 28-i tarixində təmin ediləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, pandemiya ilə əlaqədar yaşı 65 daha yuxarı olan şəxslərin evdən çıxması qadağan olunub. Bu səbəbdən həmin yaş qruplarında olan ş...
Cəmiyyət
Paytaxtda daha bir küçədə yenidənqurma işləri aparılır Xətai rayonu Məzahir Rüstəmov küçəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilib və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilən yenidənqurma işləri yekunlaşmaq üzrədir. BakuCity.az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, küçənin layihələndirilməsi zamanı BNA tərəfindən hər zamankı kimi yol hərəkəti təhlükəsizliyi prioritet olaraq götürülüb, müasir...
Kriminal
Bakıda saxta icazə arayışı hazırlayan şirkət rəhbəri saxlanılıb Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbir nəticəsində yaşayış yerini...
Cəmiyyət
Respirator istifadə etməzdən əvvəl kişilər üzlərini qırxmalıdır Hansı tibbi maskaların koronavirusla mübarizədə yararlı olduğu müəyyənləşib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), ABŞ Qida və Dərman Administrasiyası (FDA) və digər qurum və təşkilatların tövsiyələri əsasında verilir. Pandemiya dövründə maskaların faydasına dair bir sıra mübahisəli məqamlar olsa da, onların satışı aktiv şəkildə davam edi...
Hakimiyyət
Dövlət başçısı xalqa müraciət edib Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib. BakuCity.az
Ekologiya
Hava soyuyur Sabah Bakıda arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq. BakuCity.az