Vüsal İsmayılov bu gün dəfn edilib
Bakıda motosiklet qəzasında ölən şəxsin polis əməkdaşı olduğu məlum olub.
BakuCity.az APA-ya istinadən məlumat verir ki, fevralın 4-ü saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub.
Həmçinin oxu: Bakıda yol polisinə bıçaqla hücum edildi - VİDEO
Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.
Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi “Suzuki” markalı motosiklet şəxsi nəqliyyat vasitəsi olub.