Bakıda içki məclisində kütləvi dava: Qardaşlar döyüldü

Bakıda içki məclisində kütləvi dava: Qardaşlar döyüldü

Yaralılar xəstəxanaya aparılıb

Bakıda içki məclisi kütləvi dava ilə nəticələnib.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsindəki kafelərdən birində bir qrup gənc arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib.

Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Səfərov Amit Nadir oğlu, qardaşı, 1991-ci il təvəllüdlü Səfərov Ramit Nadir oğlu və onun həmyaşıdı, 1991-ci il təvəllüdlü Qarayev Ceyhun Sahib oğlu döyülərək xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

BakuCity.az

Bakı içki məclisi döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər