Koronavirusa görə Çindən qayıdan azərbaycanlı tələbələrin son vəziyyəti açıqlandı

Koronavirusa görə Çindən qayıdan azərbaycanlı tələbələrin son vəziyyəti açıqlandı

Karantindədirlər

Koronavirus təhlükəsinə görə Çindən Azərbaycana gələn tələbələrin son vəziyyəti açıqlanıb.

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, hazırda Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7 nəfər var.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunub.

Həmçinin oxu: Azərbaycanda virusdan qorunmaq istəyənlər maskalardan düz istifadə etmirlər - Epidemioloq MƏSLƏHƏTİ

Çinin Jinxua şəhərində təhsil alan 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur. Analizləri götürülüb, müayinə olunacaq.

Çinin Jinxua şəhərində təhsil alan daha bir Azərbaycan vətəndaşının (1998-ci il təvəllüdlü) hərarəti normaldır, heç bir şikayəti yoxdur.

Çinin Şandonq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının da heç bir şikayəti yoxdur. Xəstələrlə kontaktı olmayıb.

Həmçinin Çinin Zeyiyanq şəhərində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) hərarəti normaldır, heç bir şikayəti yoxdur. Həkim müayinəsindən keçiriləcək.

Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır. Həkimlər tərəfindən müayinə olunub, hazırda səhhətində problem yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

BakuCity.az

Çin tələbələr koronavirus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər