Oxuyub qaytarmaq xahiş olunur
Bakıda avtobus dayanacaqlarına kitablar qoyulub.
Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, nəqliyyat könüllüləri "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarındakı rəflərə yeni kitablar, təlimat qaydaları və müxtəlif maarifləndirici broşürlər yerləşdiriblər.
Aksiya zamanı gözləmə zallarındakı sərnişinlər rəflərdəki kitablardan istifadə qaydaları ilə bağlı təlimatlandırılıblar.
Həmçinin oxu: Bakıda "kitab dayanacağı"nın sökülmə səbəbi bilindi - Qurumlar boynuna almır
Sərnişinlərdən kitabları oxuduqdan sonra səliqəli şəkildə geri rəflərə qaytarmaları xahiş olunur.
Xatırladaq ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi 2019-cu il sentyabrın 25-də açılıb.