Bakıda həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib - ŞİKAYƏT

Bakıda həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib - ŞİKAYƏT

"Məsləhətləş, pulu düzəldə bilirsənsə, çıxardaq"

Bakıda uşağın qida borusunda qəpik qalıb. 

BakuCity.az xəbər verir ki, bu barədə jurnalist Səxavət Qurbanov "Facebook" səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, uşağı təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) aparıblar.

S.Qurbanov vurğulayıb ki, xəstəxananın həkimi qəpiyi çıxarmaq üçün onlardan 450 manat istəyib:

“Uşağın qida borusuna qəpik gedib. Təcili uşağı “Semaşko”ya apardıq. Həkim əməliyyatdadır, zəng etmişəm, deyir, “450 manat ödəyəcəksinizsə, uşağı palataya yerləşdirib, ardınca da iynə ilə yatızdırıb xüsusi aparatla çıxardaq”. Deyirəm, “həkim bu qida borusundadır, nəfəs yox. Bunu daha yaxşı formada da etmək olar”. Qayıdıb deyir ki, “məsləhətləş, pulu düzəldə bilirsənsə, çıxardaq”.

Məsələ ilə əlaqədar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, artıq şikayətçi ilə əlaqə saxlanılıb və məsələ araşdırılır.

Bakıda həkim uşağın qida borusundan qəpiyi çıxarmaq üçün 450 manat istəyib - ŞİKAYƏT, fotoşəkil-1

BakuCity.az

Bakı həkim uşaq qida borusu qəpik
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər