Bakıda Babəkin heykəlinin ucaldılması niyə gecikir? - "Başına açılmayan oyun qalmadı"

Heykəlin hündürlüyü 20 metr olacaq

Babəkin heykəlinin başına açılmayan oyun qalmadı.

BakuCity.az xəbər verir ki, bunu heykəltəraş, Xalq rəssamı Arif Qazıyev APA-ya müsahibəsində deyib.

A.Qazıyev bildirib ki, bu iş hələ Sovetlər zamanında, Heydər Əliyev hakimiyyətdə olduğu vaxt Mədəniyyət Nazirliyi və Bakı Şəhər Soveti tərəfindən ona həvalə edilmişdi:

"Sonra Heydər Əliyev Moskvaya getdi, heykəl məsələsinə diqqət edən olmadı və düz 9 il əvvələ qədər uzandı. 9 il əvvəl də Prezident İlham Əliyev Babəkin heykəlinin ucaldılması il bağlı sərəncam imzaladı. Lakin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, heykəl ucaldılıb başa çatmayıb. Mən hələ altmışıncı illərdə Surikov adına Rəssamlıq Akademiyasını bitirib gələndən sonra xalqımızın qəhrəmanlarının heykəllərini hazırlamağa meyl eləmişdim. Ona görə də hələ o vaxtdan Babəkin obrazını bir neçə formada hazırlamışdım. Onlardan biri əlində məşəl tutmuş Babək heykəli idi. Babəki məşəllə ona görə vermişdim ki, məşəl həm üsyana başçılıq etməyin, həm də atəşpərəstliyin simvoludur. Sonra fikirləşdim ki, məşəlin yanması ekologiyaya pis təsir edəcək. Bakının havası onsuz da çirklidir. Bundan sonra “məşəl” variantından imtina edib, yeni variantlar axtardım. Sonra Babəkin atın üstündə, qılınc-qalxanla fiqurunu hazırladım. Onu çox yerdə bəyənmişdilər. Mənə dedilər ki, atın başını bir qədər dəyişdir ki, yerinə uyğun gəlsin. Yeri də Babək prospektinin başlanğıcıdır. Mən də məcbur olub yeni, iki metrlik modeli düzəltdim. Sonra mənə dedilər ki, Ukraynadan iki nəfər böyüdücü şəxs gətiriblər. Bilirsiniz də, heykəlin kiçik modeldən böyüdülüb gipsdən hazırlanması ilə məşğul olan xüsusi adamlar olur. Onlar heykəltəraşın hazırladığı modelin hər elementini dəfə-dəfə böyüdüb gipsə köçürür, daha sonra gipsin əsasında bürüncdən heykəl tökülür. Bu, haradasa 4-5 il əvvəl olub. Mən həmin adamların işlərini görməmişdim. Üstəlik modeli özümüzünkülərə həvalə etmək istəyirdim, çünki Tokay Məmmədovun “Koroğlu” işini Kiyevdə böyütmüşdülər, fərqli alınmamışdı. Gördüm ki, bu ukraynalı böyüdücülər işi düzgün hazırlamırlar, maketi hissələrə bölüb ayrı-ayrı böyüdürdülər. Onlar Babəkin heykəlini tamamilə gipsə tökəndən sonra baxıb gördüm ki, fiqur əyri tökülüb. Amma artıq gec idi, çıxıb getmişdilər. İşi bizim böyüdücüyə verdim. Amma onunla qonorar məsələsində razılaşa bilmədik, həm də gördüyü iş keyfiyyətsiz alınmışdı. Heykəlin aşağısı ilə yuxarısı arasında 35 sm əyrilik vardı, mən də onu sökdürdüm.

Nəhayət, işi həmin adamdan da alıb öz vəsaitimlə başqa ustalara verdim. Hazırda iş demək olar tamamlanıb, gipsdən tökülən fiqur yekunlaşıb, bürünc hissələr tökülür. Yəni ki, Babəkin heykəlinin başına açılmayan oyun qalmadı".

Heykəltəraş hələ qonorar almadığını deyib:

"Bilmirəm nə qədər verəcəklər. Ancaq mən bunu pula görə eləməmişəm. Məqsədim budur ki, təki Babəkin heykəli hazır olsun. Babək elə bir şəxsiyyətdir ki, onun heykəli çoxdan ucaldılmalı idi. Mən o vaxtı Babəki düzəldəndə dəfələrlə Ziya Bünyadovla görüşüb o dövr haqqında maraqlandım. Bundan başqa, mənimlə Əbdül Şəma adlı bir ərəb oxuyurdu. Ondan xahiş elədim ki, IX əsrin ərəb mənbələrində Babəkə aid materiallara rast gəlsə, mənə göndərsin. Onun göndərdiklərini oxuyanda məndə Babək haqqında fərqli təsəvvür yarandı. Ondan sonra gördüm ki, “Babək” filmini çəkənlər milləti biabır ediblər. Mən o filmə baxa bilmirəm. O filmdə Babəkdən zərrə qədər əlamət yoxdur. Babək Cavidan üsyanının davamçısıdır, iki il o üsyanda iştirak edib. Filmdə göstərilib ki, Babək Cavidan öləndən sonra onun arvadını alıb. Amma həyatda elə deyil. Rasim Balayev “Nəsimi”də əla oynasa da, Babəkə yaramırdı, çünki Babəkin boyu 2 metr yarım olub. Bir faktı da deyim, Babək Səhl ibn Sumbatın satqınlığı nəticəsində ələ keçəndə Bağdada qolu qandallı yox, öz atının belində gəlib. Xəlifə də onu hörmətlə qarşılayıb. Bunları mən ərəb mənbələrindən oxumuşam".

Xalq artisti heykəlin may-sentyabr aylarında tam hazır olacağını qeyd edib:

"Heykəlin hündürlüyü on metr yarım, postamentin hündürlüyü isə ön tərəfdən hardasa doqquz metrdir. Ümumilikdə 20 metr hündürlükdə olacaq".

BakuCity.az

Babək heykəl Arif Qazıyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda  bir sutkada 5 nəfər koronavirusdan ölüb. Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 80 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-cı il təvəllüdlü 5 nəfər vəfat edib.  Hazırkı dövrədək ölkəmizdə 5 662 n...
Mədəniyyət
Mərhum jurnalist Aynur Mirhəsənin “Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb. BakuCity.az xəbər verir ki, bu, Aynur Mirhəsənin ilk kitabıdır. Sağlığında onun kitabı işıq üzü görməyib. “Qanun” nəşriyyatının buraxdığı “Azadlıq ibadəti”ndə Aynur Mirhəsənin bir hekayəsi, esseləri, tarix, media məsələləri, insan haqları, dövlət idarəçiliyi, dini etiqad və vicdan azadlığı problemlərinə həsr olunmuş məqalələri, reportaj və müsahibələri, araşdırmaları toplanıb. 19...
Biznes
"Dəniz Mall" bu gündən fəaliyyətə başlayıb. BakuCity.az xəbər verir ki, ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir: "Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifadə etmə...
Ekologiya
İyunun 2-nə gözlənilən hava şəraiti açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.  Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət...
Kriminal
Yandırılmış halda meyiti tapılan Nərmin Quliyevanın qəbri gizlin olaraq qazılıb. BakuCity.az xəbər verir ki, bu barədə mətbuata məlumatı qətli törətməkdə ittiham olunan İlkin Süleymanovun yaxınları məlumat verib. Onlar bir sıra iddialar səsləndirib.  BakuCity.az
Ekologiya
Bu ay Bakıda və Abşeron yarmadasında gözlənilən hava şəraiti açıqlanaıb. İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindıb BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir...
İdman
“Neftçi” klubu futbolçusu Anton Krivotsyukla müqavilənin müddətini uzadıb. BakuCity.az paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi 2022-ci il mayın 31-dək komandanın formasını geyinəcək. Qeyd edək ki, Krivotsyuk bu mövsüm 24 oyunda meydana çıxıb, 4 qola imza atıb. BakuCity.az
Mədəniyyət
"OnlayNHN" layihəsinin üçüncü turuna yekun vurulub. Gənclər arasında keçirilən "Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə "OnlayNHN’’ layihəsinin üçüncü turuna yekun vurulub. BakuCity.az  xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və "Xəzər İntellektual Gənclər Klubu"nun təşkilatçılığı ilə "Quantum" platformasında keçirilən yarışda 50-dən artıq komanda mübarizə apa...
Cəmiyyət
Yaşı 8-dən yuxarı olan uşaqların fərdi təhsilə cəlb edilməsinə başlanılır. Yaşı 8-dən yuxarı olan uşaqlar Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Təhsil Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 1 iyun ta...