Buraxılış imtahanlarının vaxtı açıqlandı

Buraxılış imtahanlarının vaxtı açıqlandı

9 imtahan olacaq

Ümumi təhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi 1, 9 və 15 mart, II mərhələsi isə 7, 14 və 21 iyun tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə 5, 12 və 19 aprel tarixlərində keçiriləcək.

BakuCity.az

buraxılış imtahanları məktəb
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər