Güclü külək evlərin damını uçurdu, rabitə və elektrik xətlərini qırdı - FOTO

Güclü külək evlərin damını uçurdu, rabitə və elektrik xətlərini qırdı - FOTO

Ziyanın məbləği dəqiqləşdirilir

Güclü külək Şamaxı rayonunda bir sıra fəsadlar törədib.

BakuCity.az "Report"a istinadən xəbər verir ki, bir binanın və bir neçə fərdi yaşayış evinin dam örtüyü yararsız vəziyyətə düşüb. 

Beşmərtəbəli binanın dam örtüyü uçaraq avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib. Telefon xətləri qırılıb, ətraf ərazilərə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub, fəsadlar aradan qaldırılıb, təhülükəsizlik tədbirləri görülüb. 

Hazırda güclü küləyin rayona vurduğu ziyanın məbləği dəqiqləşdirilir.

Güclü külək evlərin damını uçurdu, rabitə və elektrik xətlərini qırdı - FOTO, fotoşəkil-1 Güclü külək evlərin damını uçurdu, rabitə və elektrik xətlərini qırdı - FOTO, fotoşəkil-2 Güclü külək evlərin damını uçurdu, rabitə və elektrik xətlərini qırdı - FOTO, fotoşəkil-3 Güclü külək evlərin damını uçurdu, rabitə və elektrik xətlərini qırdı - FOTO, fotoşəkil-4

BakuCity.az

Şamaxı güclü külək ziyan
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər