Bibiheybət yolunun açılışı bir ay gecikəcək - FOTO

Bibiheybət yolunun açılışı bir ay gecikəcək - FOTO

Bundan əvvəl işlərin mayadək bitəcəyi deyilmişdi

Bibiheybət məscidi istiqamətində olan yolda tikinti-bərpa işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, yoldan aşağı hissədə 2 yerdə svay əsaslı istinad divarının inşası nəzərdə tutulub ki, onlardan birinin yamacın aşağı hissəsində tikintisi yekunlaşmaq üzrədir. Bunun üçün ərazidə hazırda svay vurma işləri aparılıb. Svaylar 1 metr diametrində olmaqla 2 cərgə vurulub və üzərində 1.5 metr qalınlıqda monolit dəmir-beton tava inşa edilib. Hazırda ərazidə 8 metr hündürlükdə istinad divarı inşa edilir.

Yağış və qrunt sularının ərazidən kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa edilib, yeni drenaj və yağış-kanalizasiya sisteminin yaradılması istiqamətində addımlar atılır. İstinad divarlarında su axınını təmin etmək üçünsə eninə istiqamətdə borular da atılacaq.

Növbəti mərhələdə yamacın orta hissəsində də svay əsaslı istinad divarı inşa ediləcək. Bundan sonra yolda digər hərəkət zolaqların bərpası işləri görüləcək.

Tikinti-bərpa işlərinin iyun ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl işlərin may ayına qədər başa çatacağı bildirilmişdi.

Bibiheybət yolunun açılışı bir ay gecikəcək - FOTO, fotoşəkil-1 Bibiheybət yolunun açılışı bir ay gecikəcək - FOTO, fotoşəkil-2 Bibiheybət yolunun açılışı bir ay gecikəcək - FOTO, fotoşəkil-3 Bibiheybət yolunun açılışı bir ay gecikəcək - FOTO, fotoşəkil-4

BakuCity.az

Bibiheybət yolu təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər