Tıxac, sıxlıq, təhlükə: "Manatlıq taksi" problemi nə vaxt həll olunacaq? - FOTO + VİDEO

"Taksi dayanacaqlarının yaradılması DYP-nin səlahiyyətində deyil"

Bir çox hallarda taksilərin avtobus dayanacaqlarında duraraq tıxac yaratdıqlarının şahidi oluruq.

BakuCity.az Metbuat.az-a istinadən xəbər verir ki, analoji vəziyyət hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektinin “Köhnə Bazar”adlanan ərazisində də müşahidə edilir. Bu ərazidə avtobus və taksi sürücülərinin dayanacaq uğrunda “savaş”ı sərnişinlərin həyatı üçün böyük təhlükə yaradır və yolda sıxlığa səbəb olur. Əhalinin gur məskunlaşdığı bu ərazidə taksi sürücülərinin avtobus dayanacaqlarını işğal etməsi, sərnişin avtobuslarının yolun ortasında dayanıb tıxac yaratmasına səbəb olur.

Sərnişin avtobusu dayanacağa yaxınlaşan kimi artıq onun yerini “1 manatlıq” taksilər zəbt edir. Bu zaman avtobus önünə qaçan sərnişinlər təhlükəli vəziyyətin yaranmasına səbəb olurlar. Hər gün həmin nəqliyyat vasitəsindən istifadə edən insanların bu problemlə üzləşməsi onların narazılığına səbəb olur. Sakinlər deyir ki, onlar hər yerə şikayət ediblər. Yol polisi gəlir, ayda bir dəfə qovur. Yenidən eyni vəziyyət yaranır. Məsələnin kökündən həllinə isə çalışan yoxdur.

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmiləri bildirmişdilər ki, Bakının inzibati ərazisində taksi dayanacaqları fəaliyyətə başlayacaq. Yəni bu dayanacaqlar istifadəyə veriləndə taksilər öz dayanacaqlarında fəaliyyət göstərəcəklər.

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, həmin ərazi agentliyin deyil, Xırdalan DYP-nin nəzarətindədir.

Xırdalan DYP-dən isə deyiblər ki, "qaynar xətt”ə müraciət etməliyik. Amma "qaynar xət"də problemlər olduğu üçün telefon danışığı baş tutmadı.

Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev bildirib ki, həmin ərazi Bakı şəhərinin inzibati ərazisi olmadığına görə orada dayanma-durma qaydalarının pozulmasına nəzarət DYP-nin əməkdaşlarının məsuliyyətindədir. Amma Xırdalan şəhəri, Heydər Əliyev prospektində hazırda yol asfaltlanması işləri aparıldığına görə nəqliyyatın sıxlığı yaranıb:

“Bu, müvəqqəti xarakter daşıyır. Təmir işləri yekunlaşandan sonra həmin ərazidə hərəkətin təşkili lazımi qaydada həyata keçiriləcək. Bundan əvvəl də həmin ərazidə dayanma-durma qaydalarının pozulması faktı ilə əlaqədar şikayətlər daxil olub. Əməkdaşlarımız həmin əraziyə gedərək orada təhlükəsizliyə nəzarət edən yol polisi əməkdaşlarına kömək ediblər. Biz bir daha həmin ərazinin yol polisinə tapşırarıq ki, yaranmış problemin həllində vətəndaşlara kömək edib nəzarəti gücləndirsinlər".

Taksilərin Xırdalan şəhəri, Heydər Əliyev prospektində olan dayanacağı zəbt etməsinə səbəb hazırda həmin ərazidə taksi dayanacaqlarının olmamasıdır. K.Əliyev bu məsələyə də toxunaraq bildirib ki, taksi dayanacaqlarının yaradılması DYP-nin səlahiyyətində deyil:

"Bu məsələ İcra Hakimiyyətlərində fəaliyyət göstərən Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının səlahiyyətinə aid olan məsələdir. 2019-2022-ci illər üzrə yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramında taksi dayanacaqlarının təşkili ilə bağlı məsələ öz əksini tapıb və bununla bağlı bir sıra İcra Hakimiyyəti orqanlarından məlumatlar toplanılır. Həmin məlumatlarda, əsasən, taksi sürücülərinin düzgün park etməsi üçün ərazilərin seçimi, dayanacaqların yaradılması nəzərdə tutulub”.

BakuCity.az

tıxac dayanacaq taksi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...