Avtomobillərin ehtiyat hissələrinin rüsumdan azad edilməsinə aydınlıq gətirildi

Avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır

Nazirlər Kabineti Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərarını şərh edib.

BakuCity.az-ın məlumatına görə, Nazirlər Kabinetindən bildirilib ki, qərar ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin idxalının gömrük rüsumlarından azad olunması məqsədilə hazırlanıb.

2018-ci ilin mart ayında Prezident  İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu zamanı Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” ASC-nin birgə avtomobil istehsalı zavodunun (“AzKron” MMC-nin “Xəzər” avtomobil zavodu) rəsmi açılışı həyata keçirilib. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində 200 nəfər işlə təmin edilib.

“Zavodda “Khazar” brendi altında “LX”, “SD” (sadə), “LD” (lüks), Peugeot Khazar olmaqla dörd komplektasiyada avtomobillər istehsal olunur. Həmçinin, zavodda yaxın gələcəkdə digər avtomobil markalarının istehsalı da nəzərdə tutulur. Növbəti mərhələdə “Khazar” brendi altında istehsal olunacaq avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı planlaşdırılır.

“Xəzər” avtomobil zavodunda qaynaq və rəngləmə işləri istisna olmaqla, avtomobillərin sıfırdan ayrı-ayrı hissələrdən yığılmaqla tam istehsalı həyata keçirilir. Bunun üstünlüyü isə gələcəkdə lokallaşdırma (yan sənaye) müəssisələrinin ölkəmizdə yaradılması üçün zəmin yaratmasıdır. Eyni zamanda, ikinci mərhələ olaraq qaynaq və rəngləmə proseslərinin də Azərbaycanda təşkili planlaşdırılır.

Müəssisədə istehsal olunan məhsulların yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması məqsədilə minik avtomobillərinin istehsal prosesində istifadə olunan ehtiyat hissələrinin sənaye yığımı üçün idxalının gömrük rüsumlarından azad olunmasına zərurət yaranıb. Bu çərçivədə Nazirlər Kabinetinin qərar hazırlanıb.

Qərarda “minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı”na anlayış verilib, habelə “Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası”nın 40-cı, 70-ci, 83-cü, 84-cü, 85-ci, 87-ci, 90-cı, 94-cü, 96-cı qruplarında bir sıra alt yarımmövqelərdə təsnifləşdirilən ehtiyat hissələri minik avtomobillərinin tam istehsal formasında sənaye yığımı üçün komplekt şəkildə gətirildikdə həmin ehtiyat hissələri üzrə idxal gömrük rüsum dərəcəsinin “0” olaraq müəyyən olunması nəzərdə tutulub”.

Qərar hazırlanarkən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu, “Gömrük tarifi haqqında” qanun, “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı, “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarı və bir sıra digər qanunvericilik aktları təhlil edilib.

Nazirlər Kabineti bəyan edib ki, qərarın qəbul edilməsi nəticəsində ölkədə istehsal olunan minik avtomobillərinin yerli və xarici bazarlarda rəqabət qabiliyyətinin daha da artırılması, habelə gələcəkdə müvafiq yan sənaye müəssisələrinin ölkəmizdə təsis edilməsi üçün əlverişli şəraitin genişlənməsi proqnozlaşdırılır.

BakuCity.az

Avtomobillər ehtiyat hissələri rüsum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Vətəndaşlar şənbə və bazar günlərində şəxsi bağ evlərinə gedə bilərlər? Xəbər verdiyimiz kimi iyunun 6-dan iyunun 8-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qadağaya əsasən, insanlar küçəyə çıxa bilməz və səyahət etməməlidirlər. Bəs vətəndaş bir evindən digərinə, bağ evlərinə gedə bilərmi? Həmçinin oxu: İki günlük qadağada zibil də atmaq olmaz - RƏSMİ BakuCity.az xəbər verir ki...
Kriminal
Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə vətəndaşların ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. BakuCity.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı Biləsuvar rayonunda ət tədarükü mən...
Biznes
Azərbaycanda daxili reyslərin bərpa ediləcəyi vaxt açıqlanıb.  Azərbaycanda karantin müddəti may ayının 31- ə qədər davam edəcək. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan hava yolları bütün uçuşları dayandırıb. Bəs yaxın zamanlarda daxili reyslər bərpa oluna bilərmi? BakuCity.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” (AZAL)-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənli bu barədə hafta.az-a danışıb. P.Kəsəmənli bildirdi ki, Nazirlər Kabineti...
Cəmiyyət
İki günlük qadağa müddətində vətəndaşlara yalnız iki halda küçəyə çıxmaq icazəsi verilib. Bu gün gecə saat 00:00-dan etibarən 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində hərəkətinə icazə verilmiş şəxslərdən başqa vətəndaşların olduğu yeri tərk etməsinə icazə verilmir. BakuCity.az xəbər verir ki, bu qərarın icrasına da Daxili İşlər Nazirliyi nəzarət edəcək. Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovnik...
Ekologiya
6 iyunda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gecə və səhər  arabir güclənəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 17-20, gündüz  24-28, Bakıda  gecə 18-2...
Kriminal
Bakıda tələbə qız özünü 18-ci mərtəbədən bu səbəbə görə atıbmış.  Dünən gecə saatlarında intihar edən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi olub. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı ADPU-nun rektor müşaviri Ümid Mehdiyev verib. Ü,Mehdiyev bildirib ki, 21 yaşlı Nağıyeva Günel Bəhram qızı universitetdə ödənişsiz əsaslarla təhsil alırdı: “Heç bir kəsri yox idi, nümunəvi tələbə kimi xarakterizə olunurdu. Həmçinin oxu: Bak...
Hadisələr
Bakının Binəqədi rayonunda 10 mərtəbəli binada yanğın olub.  BakuCity.az xəbər verir ki, hadisə yerinə 4 yanğınsöndürən maşını cəlb olunub.  Qonşuların dediyinə görə ev ailənin 6 yaşlı övladınin ehtiyatsızlığından yanıb. Mənzilin özəl klinikalardan birində çalışan tanınmış həkimə məxsus olduğu bildirilir. (milli.az) BakuCity.az
Cəmiyyət
"Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı". Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyətli cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı"nın layihə sənədində qeyd ed...
Cəmiyyət
Azərbaycanda bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyətə başlayacağı tarix dəqiqləşib. BakuCity.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, dərslərin bu ilin sentyabr ayında başlaması nəzərdə tutulub: "Nazirlər Kabineti bundan əvvəl qərar vermişdi ki, tədris və təlim-tərbiyə prosesi mayın 31-dək dayandırılsın. Bun...