Azərbaycanda meşələrdəki vəziyyəti telefonla izləmək mümkün olacaq

Azərbaycanda meşələrdəki vəziyyəti telefonla izləmək mümkün olacaq

Kameralar onlayn şəkildə 24 saat işləyir

Azərbaycanda insanlar harada olmalarından asılı olmayaraq, meşələrdə gedən prosesləri telefonları ilə izləyə biləcəklər.

BakuCity.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Trend-ə deyib.

O, bu məqsədlə artıq nazirlik tərəfindən kamera quraşdırılmış meşələrdə görüntüləri görməyə imkan verən mobil əlavənin hazırlanacağını söyləyib.

F.Əliyev bu görüntülərin yalnız kamera quraşdırılan meşələrdən əldə edilməsinin mümkün olduğunu qeyd edib.

Onun sözlərinə görə, meşələrin mühafizə edilməsi məqsədilə artıq 5 rayonun - Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala meşələrində investisiya çərçivəsində kameralar quraşdırılıb. Kameralar onlayn şəkildə 24 saat ərzində fəaliyyət göstərir ki, bu da meşələrin mühafizəsi üçün böyük əhəmiyyətə malikdir:

"Kameralar həm də meşələrdə yanğınların erkən aşkarlanması baxımından əhəmiyyətlidir. Mobil əlavə qısa zaman ərzində hazır olacaq. Bu hazır olduqdan sonra vətəndaş harada olmasından asılı olmayaraq, mobil telefonuna daxil olub meşələrdə gedən prosesləri izləyə biləcək".

F.Əliyev bunun ictimai nəzarətin bir üsulu olduğunu söyləyib.

BakuCity.az

meşələr telefon mobil tətbiq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər