Bakıda 7 yaşlı qızı zorlamağa cəhd edən şəxs saxlanıldı

Bakıda 7 yaşlı qızı zorlamağa cəhd edən şəxs saxlanıldı

Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə BakuCity.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, 1990-cı il təvəllüdlü F.Hüseynov barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmə) maddəsi ilə Xəzər RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində F.Hüseynov 7 yaşlı qıza qarşı cinsi təcavüz etməyə cəhd göstərib.

Bu gün səhər saatlarında həmin şəxs qonşusunun mənzilinə daxil olaraq uşağa hücum edib. Xoşbəxtlikdən təcavüzkar öz istəyinə nail ola bilməyib. Azyaşlının hay-küy salması təcavüzkarı qorxudub.

BakuCity.az

Bakı, azyaşlı qız təcavüz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər