"Hamı bilir ki, Nərmini kim öldürüb" - Nənəsi də səs yazısından danışdı

"Hər şeyi bilirlər. Polisə aparsalar, hamısı aydın olacaq"

Tovuzda qətlə yetirilərək yandırılan 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova qeyd edilən cinayətlə bağlı sosial şəbəkədə yayılan səs yazısına münasibət bildirib.

BakuCity.az xəbər verir ki, M.İsmayılova Trend-ə qətldə adı hallandırılan Altay Ələkbərovu tanıdığını bildirib:

"Altayı tanıyıram. Qızımgilin qonşusudur və həqiqətən də "VAZ 2107" markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir. Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Altay Famil müəllimin oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər.

Altayın qardaşı Aqilin hadisədən bir müddət əvvəl heyvanı itmişdi, bizdən şübhələnirdilər. Amma sonra heyvan başqa yerdən tapıldı. Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu isə tanımıram".

Həmçinin oxu: 10 yaşlı Nərminin qətli ilə bağlı sensasion səs yazısı yayıldı - AÇIQLAMA + VİDEO

Nənə deyir ki, A.Ələkbərovun yeznəsi Fikrət həqiqətən də polis mayorudur:

"Fikrəti də tanıyıram, polisdə işləyir. Bu yaxınlarda eşitmişəm ki, onu da işdən çıxarıblar. Fikrət mənim qonşumdur, Altayın isə yeznəsidir. Bilmirəm, özü çıxıb, yoxsa işdən çıxarıblar".

M.İsmayılova Nərminin yaxın qohumlarının qatili tanıdığını iddia edib:

"Hamı bilir ki, Nərmini kim öldürüb. Hər şeyi bilirlər. Polisə aparsalar, hamısı aydın olacaq. Mənə heç nə demirlər. Qızımgil də hadisədən sonra qayınatasıgildə qalır, mən görmürəm".

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 21 noyabr 2019-cu il tarixdə itkin düşüb. Bu il yanvarın 6-da Nərmin Quliyevanın qətlə yetirilərək yandırılmış meyiti evlərinin yaxınlığında aşkar edilib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov şübhəli şəxs qismində saxlanılıb. İ.Süleymanov cinayəti törətdiyini etiraf edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə naməlum şəxsin qətllə bağlı səs yazısı yayılıb. Həmin şəxs Nərmin Quliyevanı Tovuz rayonunun Dondar Quşçu kənd sakini Altay Ələkbərovun qətlə yetirdiyini bildirir.

Səs yazısının sahibi iddia edir ki, hadisəsini digər kənd sakinləri olan Asif Ələkbərov və Vüsal Zalov adlı şəxslər də görüblər. Naməlum şəxs iddia edir ki, guya Altay Ələkbərovun qohumu polis zabiti olduğundan, onu qətldən yayındırır və cinayətin üstünün açılmasına mane olur.

Baş Prokurorluğun mətbuat xidmətindən isə bildiriblər ki, həmin səs yazısı istintaqa təqdim olunub və faktla bağlı cinayət işinin istintaqı davam etdirilir.

BakuCity.az

Tovuz qətl qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...