Əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif olunub
Prezident İlham Əliyev Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən məlumat verir.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Mövlud Çavuşoğlu “Dostluq” ordeni ilə təltif edilsin.
BakuCity.az