4 otaqlı mənzildə alov mətbəxdə başlayıb
Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.
Binanın 14-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzildə alov mətbəxdə başlayıb. Evdə tək qalan uşaq əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə xilas edilib. Mətbəxdəki yanan əşyalar dəhlizə çıxarılıb. Alovun qarşısı alınıb.
Hadisə ilə bağlı əraziyə FHN-in 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Azyaşlı isə həkim nəzarətinə götürülüb. Qonşuların verdiyi məlumata görə, hadisə vaxtı uşağın valideynləri evdə olmayıb.