Azərbaycanda seçki günü hava pisləşəcək – Dövlət qurumları hərəkətə keçdi

Ayın 10-na qədər hər gün növbətçilik təşkil edilib

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Ölkədə bu seçkilərə maraq böyükdür. Xeyli sayda namizəd qeydə alındığı üçün səsverməyə gələnlərin də kifayət qədər olacağı bildirilir.

BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, seçki günü ölkədə soyuq hava şəraiti müşahidə olunacaq. Məlumatda bildirilir ki, uzun müddət davam edən qeyri-adi isti hava şəraitindən sonra soyuq arktik hava kütlələri ölkə ərazisinə keçəcək:

"Fevralın 7-si axşamdan başlayaraq Bakıda şimal-qərb küləyinin üstünlük təşkil edəcəyi, fevralın 8-i səhərədək küləyin sürətinin 30-35 m/s-dək artacağı gözlənilir. Fevralın 9-da havanın temperaturunun aşağı düşməsi fonunda yağış, bəzi yerlərdə sulu qar və qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.

Bəs seçicilərin məntəqələrə rahat çatması, səsvermə prosesində hər hansı texniki problemin yaranmaması üçün müvafiq qurumlar hansı işləri görürlər?

"Yeni Müsavat”a danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, agentlik əməkdaşları ehtiyac olduğu təqdirdə lazımi tədbirləri görəcəklər:

"Bakı şəhəri və Abşeron yarımadası üzrə kəskin hava şəraitinin olacağı barədə xəbərdarlıq edilməyib. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Onu da deyim ki, hazırda da bizim əməkdaşlarımız dağlıq rayonlarda gücləndirilmiş iş rejimində çalışırlar. Bakı şəhərində hiss olunmasa da, qış fəsli girəndən dağlıq və dağətəyi rayonlara zaman-zaman qar yağır, yollar buz bağlayır. Bunun aradan qaldırılması üçün də müvafiq addımlar atırlar. Yəni seçki günü də bizim üçün normal iş günüdür. Dağlıq ərazilərdə həmin günü də gücləndirilmiş iş rejimində çalışacağıq. Təbii, nəzarət olacaq ki, səsvermə keçirilən ərazilərdə hər hansı bir problem yaranmasın. Yaransa belə, bu, qısa müddətdə aradan qaldırılacaq”.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev indi də gücləndirilmiş iş rejimində çalışdıqlarını deyib:

"Çünki son iki gündə əsən güclü küləklər bəzi yerlərdə elektrik təsərrüfatımıza ziyan vurub. Xüsusilə də dağlıq rayonlarda, Lerik, Gədəbəy, Daşkəsəndə problemlər var. Hazırda hər yerdə enerji təchizatı normaldır. Ancaq təhlükəsizlik baxımından işlər görürük. Bəzi yerlərdə insanlara, evlərə təhlükə yaranmaması üçün özümüz qısamüddətli fasilələr yaradırdıq. Qarşıdan seçkilər gəlir, ayın 10-na qədər hər gün növbətçilik təşkil edilib. Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə, o cümlədən regional enerji təchizatı və satışı idarələrində əlavə mal-materiallar, mexanizmlər ayrılıb. Hər bir seçki məntəqəsinin elektrik xətləri yoxlanılıb. Haradasa problem yarana bilərsə, əvvəlcədən ölçü götürülməsi, araşdırılması üçün işlər görülüb.

İstər seçki məntəqələri, istərsə də seçki dairələri üçün növbətçilik əsasında texniki departamentdən fərdi qaydada insanlar ayrılıb. Hər bir məntəqədə bizdən asılı olmadan problemlər yaranarsa, əlavə generatorlardan istifadə ediləcək. Tam 24 saat seçki məntəqələrinin enerji təchizatı təmin olunsun deyə, çox yüksək səviyyədə göstərişlər verilib. Hazırda da bütün dairələr yenidən yoxlanılır. Hansısa problem yaranarsa, bunun operativ qaydada aradan qaldırılması üçün mal-material alınaraq problem olan yerlərə göndərilir. Bundan əlavə, ”199" çağrı mərkəzimiz də 24 saat xidmətdədir. Əgər bir problem olarsa, bu nömrəyə zəng etməklə bildirmək olar. Bu mərkəzdə də gücləndirilmiş iş rejimi tətbiq edilib. Seçki günü  ölkə üzrə gücləndirilmiş iş rejimində xidmət göstəriləcək".

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə qeyd edib ki, onlar da ayın 9-da müvafiq tədbirləri görəcəklər:

"Məlum olduğu kimi, fevralın 9-da soyuq hava şəraiti gözlənilir. Buna görə də qazpaylayıcı stansiyalarda yerləşən ölçü qovşaqlarından qidalanan orta təzyiqli qaz kəmərlərinin başlanğıc, orta və son nöqtələrində quraşdırılan qaztənzimləyici qurğuların giriş-çıxış təzyiqləri zamanında araşdırılacaq. Çünki əgər təzyiq aşağı düşməsi qeydə alınarsa, vətəndaşlar tərəfindən "qaynar xətlərimiz"ə bu barədə məlumat daxil olarsa, o zaman normativə uyğunluq yoxlanacaq. Texnoloji rejimin artırılmasına tələbat olduğu halda qaz təchizatı şəbəkəsində boruda olan qazın həcmi ciddi şəkildə azalarsa, o zaman rejimlərin optimallaşdırılmasına ciddi nəzarət olunacaq və rejim qaydasına salınacaq.

Vətəndaşlardan xahiş edirik ki, hava şəraitinin dəyişməsi ilə əlaqədar qazın təzyiqində dəyişiklik yaranarsa, onlar ”104" və "108" saylı "qaynar xətlər"ə məlumat versinlər. Əgər "qaynar xətt"imizə düşə bilməsələr, o zaman daim aktiv olan 077 310 41 04 saylı  ”WhatsApp" nömrəmizə həm yaza, həm də mövcud durumla bağlı foto, video göndərə bilərlər. Dərhal da həmin xətt aktiv olduğu üçün reaksiya göstəriləcək. Bundan əlavə, deyim ki, qaz-qəza xidmətinin əməkdaşları ciddi və gücləndirilmiş iş rejimində çalışacaqlar. Hər hansı bir problem yaranarsa, hadisə yerinə çıxıb, həmin problemin aradan qaldırılması üçün səy göstərəcəklər.

Hava şəraiti kəskin dəyişən zaman əməyin təhlükəsizliyi ilə bağlı tədbirlər də görülür. Havanın dəyişməsindən asılı olaraq hündür yerlərdə işləməyə, odlu işlərin aparılmasına və xüsusən də qapalı yerlərdə belə işlərin görülməsinə qadağalar tətbiq edilir. Bir sözlə, əməyin təhlükəsizliyi ilə bağlı da ciddi tədbirlər görüləcək".

BakuCity.az

seçkilər hava şəraiti gücləndirilmiş rejim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...
Cəmiyyət
Bakıda bir nəfər sakinlərin məhəllə marketləri və apteklərə olan bütün borcunu ödəyib. BakuCity.az xəbər verir ki, kimliyini bildirməyən xeyirxah insan bu hərəkəti Ramazan bayramı münasibəti ilə etdiyini bildirib. O, borcunu ödədiyi mağazalardakı "nisyə dəftər"lərini özü ilə aparıb və bu barədə mağazanın qarşısına elan da yapışdırıb. Obyekt sahibləri bildirirlər ki, uzun illərdir, nisyə mal versələr də, belə bir halla ilk dəfədir qarşılaşırlar. Bağlanan bo...
Hadisələr
Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.  BakuCity.az xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb.  1984-cü il təvəllüdlü Ramil Gülhə...