İsgəndər Həmidov reanimasiya şöbəsindədir

İsgəndər Həmidov reanimasiya şöbəsindədir

Ötən ayın 24-də huşunu itirib

Bəzi KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycanın sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun ölüm xəbəri yayılıb. 

BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, "Baku City Hospital"dan yayılan xəbərin həqiqəti əks etdirmədiyi bildirilib.

Məlumata əsasən, İ.Həmidov hazırda reanimasiya şöbəsindədir. Onun vəziyyəti stabil olaraq qalır.

Qeyd edək ki, ötən ayın 24-də İ.Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən sabiq nazir ötən gün "Baku City Hospital"a aparılıb.

BakuCity.az

İsgəndər Həmidov ölüm xəbəri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər